Ölkə futbolu
“Kəpəz”in Məşq Mərkəzi və Futbol Akademiyasına mediatur təşkil olunub
AFFA-nın təşkilatçılığı ilə idman jurnalistlərinin “Kəpəz” Məşq Mərkəzi və Futbol Akademiyasına media turu təşkil olunub.
Futbolinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, tur çərçivəsində Məşq Mərkəzi və Futbol Akademiyasına baxış keçirən media nümayəndələri burada yaradılan şəraitlə tanış olublar. AFFA-nın İnfrastruktur Departamentinin rəhbəri Fuad Cəfərov Məşq Mərkəzi və Futbol Akademiyası haqqında məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.
FİFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa olunmuş Məşq Mərkəzi və Futbol Akademiyası bütün zəruri avadanlıqlarla təhciz olunub. Məşq Mərkəzinin ərazisində AFFA tərəfindən 2 təbii və bir süni örtüklü meydança salınıb.
“Kəpəz” Məşq Mərkəzi və Futbol Akademiyasında 8 akademiya otağı (52 nəfərlik), əsas komanda üçün 16 otaq (44 nəfərlik), 1 restoran, 1 mətbəx, fitnes, sauna, 4 paltardəyişmə otağı, tibb otaqları, iclas otağı “Kəpəz” PFK əməkdaşları üçün ofis, inzibati heyət üçün otaqlar, istirahət otağı, camaşırxana və texniki və xidməti otaqlar var.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı