Dünya futbolu
Kadi: “Karyeramın bitməsini düşünmədim”
“Qarabağ”ın keçmiş yarımmüdafiəçisi Kadi Borges ötən mövsüm “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə toqquşmadan sonra aldığı zədə ilə bağlı sualı cavablandırıb.
“Həmin epizoddan sonra karyeram bitməsi ilə bağlı düşüncələr haqda soruşursunuzsa, xeyr, belə fikirlər yox idi. Bəli, ağır zədə almışdım, müalicəm çətin oldu. Xoşbəxtlikdən hər şey yaxşı bitdi, indi tam hazıram. Çətin olsa da, bunun öhdəsindən gəldim. Bu da bir sınaq idi və geridə qaldı”, – deyə Kadi Rusiya mətbuatına açıqlamasında qeyd edib.
Xatırladaq ki, braziliyalı futbolçu keçən mövsüm Rusiya Premyer Liqasının 24-cü turu çərçivəsində “Krasnodar” – “Spartak” matçında (3:4) rəqib müdafiəçi ilə toqquşma zamanı zədələnmişdi. Braziliyalı yarımmüdafiəçiyə üz sümüyünün sınığı diaqnozu qoyulmuşdu. Aprelin 30-da isə o, əməliyyat olunmuşdu.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var