Dünya futbolu
Kakadan sonrakı ən gənc qolçu
Brahim Dias Kakadan sonra “Milan”ın ən gənc qolçusu oldu. “Real”a məxsus olan, İtaliya klubunda icarədə çıxış edən futbolçu bu ada dünən fərqlənməklə sahib çıxdı.
Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 finalı çərçivəsində “Tottenhem”i məyus edən Mərakeş əsilli ispaniyalı buna 23 yaşında nail oldu. Kaka 2004-cü ildə bunu bacarmışdı.
Bu qol “Milan”ın pley-offlarda 10 ildən sonra ilk qələbəsini qazanmasına kifayət etdi. “Rossonyerlər” sonuncu dəfə 2013-cü ilin 13 fevralında “Barselona”ya 2:0 hesabıyla qalib gəlmiş, cavab matçında uduzmuşdu – 0:4. Dünənki uğur həm də italiyalıların London klubu üzərində ilk qələbəsi kimi tarixə düşdü.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”