Dünya futbolu
Kanselo: “Heç vaxt pis komanda yoldaşı olmamışam”
Joao Kanselo haqqında gəzən şayiələrin doğru olmadığını bildirib. Portuqaliya millisinin üzvü bu barədə müsahibəsində danışıb.
Futbolinfo.az xəbər verir ki, “Mançester Siti”yə məxsus olan, hazırda icarə əsasında “Barselona”da çıxış edən cinah müdafiəçisi deyib: “İngiltərədə olarkən haqqımda saxta hekayələr var idi. Amma heç vaxt pis komanda yoldaşı olmamışam. Evimin soyulduğu və fiziki təzyiqə məruz qaldığım günün ertəsi “Arsenal”a qarşı necə ürəklə oynadığımı xatırlayıram. Bunlar unudulmaması gərək olan şeylərdi – həyat yoldaşımı, qızımı evdə tək buraxıb, şok vəziyyətinə rəğmən meydana çıxdım”.
Kanselo Mançesterdə haqqında lazımsız sözlər danışıb ona qarşı nankorluq etdiklərini düşünür. O, elə bu səbəbdən “Barselona”da qalmaq, geriyə qayıtmamaq barədə götür-qoy edir.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə