I Liqa
“Karvan”da istirahət bitdi
“Karvan” komandasının üzvləri üçün qış istirahəti başa çatıb. Məşqçilər korpusu və futbolçular Yevlaxda bir araya gəliblər.
İlk məşq prosesi yüngül qaçışla başlayıb, daha sonra isə ümumi dözümlülüyün artırılması istiqamətində davam edib. Futbolçular məşqçilərin verdiyi digər tapşırıqlar üzərində də çalışıb.
I Liqa klubunun baş məşqçisi Kənan Kərimov hazırlıqdan razı olduğunu “Futbolinfo”ya verdiyi müsahibədə dilə gətirib.
Hazırlıq çərçivəsində “Karvan” iki yoxlama görüşü keçirəcək. Yevlaxlılar “Mingəçevir” və “Şamaxı” klubları ilə qarşılaşacaq.
Xatırladaq ki, Yevlax təmsilçisi 4 futbolçu ilə yollarını ayırıb. Ruslan Voronsov, Əzəmət Ələkbərli, Elnur Mustafazadə və Zaur Fərzəliyev ilə müqavilələrə qarşılıq razılaşma əsasında xitam verilib.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq