Dünya futbolu
Kavani futboldan uzaqlaşdırıla bilər
Uruqvay millisinin futbolçuları Edinson Kavani və Xose Mariya Ximenes 6 aylıq futboldan uzaqlaşdırıla bilər.
Futbolinfo.az “RMC Sport”a istinadən xəbər verir ki, buna həmin futbolçuların DÇ-2022-nin H qrupunun 3-cü turunun Qana ilə matçında (2:0) baş hakim Daniel Zibertə qarşı kobud və təcavüzkar davranış sərgiləmələri səbəb olub.
FİFA məsələyə aydınlıq gətirmək üçün Uruqvay Futbol Federasiyasına yanvarın 9-dək vaxt verib. Ali futbol qurumunun İntizam Komitəsi yekun qərarını 2023-cü ilin fevralından tez açıqlamağı düşünmür. Mümkün diskvalifikasiya qərarının oyunçuların milli komanda ilə yanaşı, klublarındakı çıxışlarına da aid ediləcəyi gözlənilir.
Kavani hazırda İspaniyanın “Valensiya”, Ximenes isə “Atletiko” klubunda çıxış edir.
Daniel Zibertin bəzi qərarlarından narazı qalan futbolçular final fitindən sonra almaniyalı hakimin üzərinə hücum ediblər. Mühafizəçilər onları çətinliklə sakitləşdiriblər.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var