Dünya futbolu
“Kaysedonu çoxdan unutdum”
“Brayton”un baş məşqçisi Roberto de Zerbi yeni mövsümlə bağlı danışıb. O, aparıcı oyunçuları Moyzes Kaysedo haqda düşünmək belə istəmir.
Futbolinfo.az xəbər verir ki, italiyalı çalışdırıcı satılacağı gözlənilən yarımmüdafiəçini yeni komandasında düşünmür: “Kaysedonu çoxdan unutdum. Heyətdəki oyunçularla qürur duyuram. Moyzes yəqin ki bizimlə olmayacaq. Onun olmadığı bir heyət formalaşdırmalıyıq. Böyük klublar oyunçularımızı ala bilər, amma ruhumuzu ala bilməzlər. Bazarda belə şey yoxdur”.
Xatırladaq ki, bu gün Kaysedonun “Liverpul”a satıldığı deyilirdi. 127 milyon avroluq keçid İngiltərə futbolu tarixində rekord olacaqdı. Amma ekvadorlu futbolçu son anda fikrini dəyişdi və yalnız “Çelsi”yə gedəcəyini bildirdi. Londonlularsa cəmi 100 milyon avro təklif etdiyindən “Brayton” transferdən boyun qaçırıb. Nəticənin necə olacağı bilinmir.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə