Dünya futbolu
Keçmiş futbolçu həbs edildi
Niderlandlı keçmiş yarımmüdafiəçi David Mendes da Silva narkotik alverinə görə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Futbolinfo.az “De Telegraaf”a istinadən xəbər verir ki, o, 2022-ci ilin avqust ayında narkotik idxalı ilə bağlı aparılan araşdırmaların yekun nəticəsində həbs edilib.
Qərar Rotterdam Məhkəməsi tərəfindən qəbul edilib. Da Silva Niderlanda 74 və 105 kq ağırlığında iki dəfə kokain gətirməkdə və qanunsuz maddəri satmaqda təqsirli bilinib. O, həm də, 1300 kq-lıq narkotik maddənin daşınmasında şəriklik ittihamı ilə şübhəli bilinib.
David Mendes da Silva Niderland milli komandasında 7 oyuna çıxıb. O, futbolçu kimi “Sparta” (Rotterdam), “Breda”, “Alkmaar”, “Panatinaikos” kimi klublarda forma geyinib. Da Silva 2017-ci ilin yayında futbolçu karyerasını bitirib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq