Dünya futbolu
“Keşlə”nin sabiq məşqçisinə ömürlük cəza
Ermənistanın futbol çempionatının birinci dəstəsində 5 klub və 58 şəxsin adının danışılmış oyunlarda hallandığı üçün 2019/20 mövsümünün yarımçıq dayandırıldığını xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, 58 nəfərdən 45-i futbol fəaliyyətindən ömürlük məhrum edilib.
Cəzalı futbolçu, məşqçi və funksionerlərin 25-i Ukrayna vətəndaşıdır. Onların 20-si heç vaxt futbolla məşğul ola bilməzlər. Ömürlük cəzaya məruz qalanlardan biri vaxtilə Azərbaycanda məşqçi kimi fəaliyyət göstərmiş Anatoli Piskovetsdir. İrəvan “Lokomotiv”inin keçmiş baş məşqçisi 2005-ci ildə Bakının “İnter” (hazırkı “Keşlə”) və Zaqatalanın “Simurq” komandalarında məşqçi kimi fəaliyyət göstərib.
“Torpedo”nun futbolçusu kimi 1 illik cəzaya məruz qalan Miroslav Deda isə “Qarabağ”ın U-19 komandasında çıxış etmiş hücumçu Yaroslav Dedanın əkiz qardaşıdır.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…