Ölkə futbolu
“Keşlə” yoxlama oyunlarının yerini və vaxtını açıqladı
Avropa Konfrans Liqasına Bakıda hazırlaşan “Keşlə” yoxlama matçları keçirəcək.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda iyulun 9-da “Səbail”lə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq oyuna saat 18.30-da start veriləcək.
“Keşlə” digər yoxlama matçını “Sabah”a qarşı keçirəcək. Oyun iyulun 13-də “Bank Respublika Arena”da baş tutacaq. Matçın saat 19:00-da başlanılması planlaşdırılır.
Qeyd edək ki, “Keşlə” daha öncə “Qarabağ”la yoxlama oyunu keçirib və 0:7 hesabıyla uduzub.