Ölkə futbolu
“Keşlə”də xaos: futbolçular Hüseynovu ittiham etdi
“Keşlə”də bir qrup legioner Yunis Hüseynovdan narazıdı. Onlar baş məşqçinin iş metodunu, heyət seçimini bəyənmir və “Qarabağ”a 1:6 hesablı son məğlubiyyətə görə məhz çalışdırıcının məsuliyyət daşıdığını düşünür.
“Qiyamçı dəstə” Artur Batista, Alvaro Tavares, Silvio Rodriges, Con Kamara və Dmitro Klotsdan ibarətdi. Onlar son turdakı darmadağına görə klub rəhbərliyinin danlağını eşitdikdən sonra günahkar kimi Hüseynovu nişan veriblər. Klub prezidenti Zaur Axundov məşqçiyə problemi yoluna qoymaq tapşırığı verib, daha sonra vəziyyəti düzəltmək üçün aparıcı yerli oyunçulara fəal olmağı məsləhət görüb.
Bundan sonra bir neçə futbolçu yığışaraq Hüseynovla görüşüb. Onlar Yunis bəydən həftəlik hazırlıq proqramını dəyişməyi tələb ediblər. Futbolçuların fikrinə görə, gündəlik məşqlər yeknəsək və yetərsizdi (spotrinfo.az). araqlıdı ki, məşqçi də Premyer Liqanın son bir neçə həftəsindəki uğursuz çıxışın bununla əlaqədar olması fikriylə razılaşıb.
Oyunular özlərini fiziki cəhətdən zəif hiss etdiklərini bildirməklə yanaşı, taktiki planda gerilədiklərini deyiblər. Bəzi legionerlərin heyət və mövqe seçimindən narazı olması da məşqçinin diqqətinə çatdırılıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı