Dünya futbolu
“Keşlə”yə qol vurdu, “Arsenal”la müqavilə imzaladı
Rusiyanın “Arsenal” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Tula təmsilçisi Roman Minayevlə rəsmi müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 2,5 illik müqavilə imzalanıb.
“Arsenal”la Antalyada təlim-məşq toplanışında iştirak edən Minayev, “Keşlə” ilə yoxlama oyununda qol vurmuşdu. Sözügedən görüş rusların 2:1 hesablı qələbəsiylə yekunlaşmışdı.
Minayev son olaraq Rusiyanın 1-ci divizion təmsilçisi “Avanqard”da çıxış edib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var