Dünya futbolu
Keyn danışıqları dayandırdı
Harri Keyn “Tottenhem”dən ayrılacağını qətiləşdirib. O, klubla danışıqları dayandırıb və daha iddialı komanda axtarır.
Futbolinfo.az xəbər verir ki, londonlularla ilyarımlıq müqaviləsi qalan hücumçu, bu müddəti artırmaq istəmir. O, dəfələrlə “Tottenhem”in müraciətindən boyun qaçırıb. Bu səbəbdən klub da onu fikrini dəyişməyə çalışmaqdan vaz keçib.
Keyn “Bayern” və “Mançester Yunayted”in onunla ciddi maraqlandığını bilir. 29 yaşlı futbolçusu üçün 100 milyon avro istəyən londonlular, onu ən geci yayda satmaq fikrindədir. Hətta yanvarda da vida mümkündür.