Dünya futbolu
Keyn Levandovskinin rekordunu təkrarladı
“Bayern”in hücumçusu Harri Keyn Robert Levandovskinin rekordunu təkrarlayıb.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu buna “Hoffenhaym”a 3:0 hesabı ilə qalib gəldikləri Bundesliqanın 17-ci tur matçında nail olub.
Komandasının üçüncü qolunu vuran forvard cari mövsümdə çempionatda 22-ci dəfə fərqlənib.
Beləliklə, Keyn Bundesliqanın ilk yarısında vurulan qolların sayına görə polşalı həmkarına çatıb.
İngiltərəli oyunçu mövsümün əvvəlində Münhen təmsilçisinə keçib. Hazırda İspaniyada “Barselona”nın uğurları üçün çalışan Levandovski 2014-2022-ci illərdə “Bayern”in formasını geyinib.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi