Dünya futbolu
Keyn yox, Vlahoviç – hədəf dəyişdi
“Bayern” hədəfini dəyişib. Mövsümün sonunda Harri Keyni transfer edəcəyi gözlənilən münhenlilər indi daha gənc forvard axtarışındadır.
Futbolinfo.az xəbər verir ki, “Tottenhem” 2024-cü ilin yayınadək müqaviləsi olan 29 yaşlı hücumçusunu 100 milyon avrodan aşağı satmaq istəmir. Üstəlik, onun müştəriləri sıyahısına “Mançester Yunayted”in qoşulmasıyla keçidin reallaşma ehtimalı daha da çətinləşib.
Böyük pullar xərcləməyə meylli olmayan almanlar bu üzdən həm yaşı, həm də qiyməti daha uyğun olan başqa bir oyunçuya yönəlib. “Yuventus”dakı durumundan narazı olan Duşan Vlahovuçlə razılıq əldə etmək mümkün olsa, serb forvard yayda “Bayern”ə keçəcək. Turinlilərin forvard üçün nə qədər tələb edəcəyi bilinmir, amma 22 yaşlı oyunçu Keyndən baha olmayacaq.
“Yuventus”la 3,5 illik müqaviləsi olan futbolçunun keçidində almanlara əsas əngəli “Arsenal” yarada bilər. Londonlular da bu futbolçunu istəyir, üstəlik, Duşan İngiltərə Premyer Liqasında oynamağa həvəslidir.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-25 09:04
11 illik “Qarabağ” tilsimi davam etdi