Dünya futbolu
“Keynin transferi üçün bu qədər pul vermərəm”
Uli Höness Harri Heynin transferinin əleyhinədir. “Bayern”in sabiq prezidenti ingilis hücumçu üçün sərvət xərcləməyi ağılsızlıq sayır.
Futbolinfo.az “Bild”ə istinadla xəbər verir ki, Höness İngiltərə millisinin üzvü üçün böyük pullar xərcləməyə heç vaxt razılıq verməzmiş: “Məncə, tamamilə ağılsız bir transfer olar. “Tottenhem” keçən il “Mançester Siti”nin 160 milyon avroluq təklifnə rədd cavabı vermişdi. Bəlkə də indi daha çox istəyərlər. Mən isə heç bunu yarısını da təklif etməzdim”.
Sabiq prezident Keyni keyfiyyətli oyunçu sayır: “Harrinin möhtəşəm futbolçu olduğuna şübhəm yoxdur. Lakin mən onun transferi üçün bu qədər pul vermərəm”.
Xatırladaq ki, yayda “Tottenhem”dən ayrılacağı şübhə doğurmayan Keynin müştərilərinin sırasında Münhen klubu da var. Amma londonluların yüksək tələbləri üzündən “Bayern”in bu futbolçunu transfer edəcəyi inandırıcı görünmür.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib