Ölkə futbolu
Keysuke Honda artıq Bakıdadır – VİDEO
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu Yaponiya yığmasının sabiq yarımmüdafiəçisi Keysuke Honda ilə razılığa gəlib.
Ulduz futbolçu artıq Bakıdadır. 34 yaşlı yarımmüdafiəçi səhər saatlarında Azərbaycana çatıb.
Paytaxt təmsilçisinin tezliklə təcrübəli oyunçu ilə müqavilə imzalaması gözlənilir. Razılaşmaya əsasən, Honda mövsümün sonuna kimi “Neftçi”nin formasını geyinəcək. “Ağ-qaralar” onun sözləşməsinin müddətini yayda artıra bilər.