Dünya futbolu
KL: “İnter”lə “Vikinqur”a 1 qol bəs etdi
Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
Finlandiya “İnter”i doğma meydanda Kosovonun “Drita” komandası ilə üz-üzə gəlib. Farer adalarının “Vikinqur” komandası isə evdə Cəbəllütariq “Europa”sı ilə qarşılaşıb. Hər iki oyunda meydan sahibləri minimal hesabla üstün olublar.
Mərhələnin qalan oyunları iyulun 7-də keçiriləcək.
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
5 iyul
Qzira Yunayted (Malta) – Atletik Eskaldes (Andorra) 1:1
Sent Cozefs (Cəbəllütariq) – Larne (Şimali İrlandiya) 0:0
6 iyul
İnter (Finlandiya) – Drita (Kosovo) 1:0
Vikinqur (Farer adaları) – Europa (Cəbəllütariq) 1:0
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”