Dünya futbolu
Klopp Keytanın qalmasını istəyir
“Liverpul”un baş məşqçisi Yürgen Klopp Nəbi Keytanın klubda qalmasını istəyir. Futbolçu əsas heyətə düşməkdə çətinlik çəkdiyindən getmək istəyir, lakin alman məşqçi onun komandaya faydalı olduğunu düşünür.
Futbolinfo.az xəbər verir ki, Kloppun getməsini istəmədiyi oyunçunu az oynatması klub rəhbərliyini çətin vəziyyətdə qoyub. İndi qvineyalı futbolçu ilə bağlı qəribə vəziyyət yaranıb. Oyunçunun müqaviləsi yayda başa çatır, ona az oynaması üzündən yeni müqavilə təklif olunmayıb. Klopp isə yarımmüdafiəçinin saxlanılmasını tələb edir.
28 yaşlı Keytanı azad agent kimi heyətinə qatmaq istəyən bir neçə klub var. O, 2018-ci ildə ayrıldığı “Leypsiq”ə qayıtmağın da əleyhinə deyil. Lakin Kloppun son açıqlamasından sonra vəziyyət dəyişib, klub Keyta ilə danışıqlara başlamaq istəyir.