Dünya futbolu
Klub prezidenti təsdiqlədi: Balotelli ayrılır
İtaliyanın “Breşiya” klubu futbolçusu Mario Balotelli ilə yollarını ayırır.
Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, məsələylə bağlı açıqlama verən klubun prezidenti Massimo Çellino, Balotellinin ayrılığını təsdiqləyib:
“Balotelli məsələsi çox böyüdüldü və futbol adına danışılacaq bir şey qalmadı. O, qəribə bir insandı, fikri bizimlə deyil. Onun komandadan gedişini qəbul etmişəm. O, artıq karyerasında etdiyi hərəkətlərlə fərqlənmir. Balotelli növbəti mövsüm azad agent olacaq. Onu sadəcə media üçün almamışdıq, meydanda bizə fayda verəcəyinə inanmışdıq”.
Qeyd edək ki, Balotelli artıq “Breşiya”nın əsas komandasıyla məşq etməkdən imtina edib və o, gənclərdən ibarət komanda üçün ayrılmış sahədə məşq edir. Bu üzdən də “Breşiya” italyan hücumçuyla müqaviləyə xitam verəcək.
Balotelli ilə Braziliyanın “Vasko da Qama”, “Flamenqo”, “Botafoqo” və Türkiyənin “Qalatasaray” klubu maraqlanır.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…