Müsahibə
“Komanda indi özünə daha çox inanır” – Xuan Kamara
“Sabah”ın yarımmüdafiəçisi Xuan Kamaranın futbolinfo.az saytına müsahibəsi
- “Keşlə” üzərində qələbə haqqında fikirləriniz necədir?
- İlk 35 dəqiqə rəqibdən çox üstün idik, Bəlkə də ikinci qolu vurduqdan sonra daha çoxunu vura bilərdik. İkinci hissədə onlar qol vurdular və buna görə də komanda daha çox müdafiə olunmağı düşündü. Amma komanda şəklində əla oynadıq.
- İkinci hissədə də eyni oyunu göstərib daha rahat qələbə qazanmaq olmazdı?
- Düşünürəm ki, ikinci hissə də yaxşı oynandı. Futbol sadəcə hücumdan ibarət deyil. İkinci yarıda fikrimcə, komanda daha çox müdafiə olunmalı idi. Biz hamımız çalışdıq ki, 3 xalı qazanaq. Daha çox top saxlamaq, topu itirməmək üçün çalışdıq və bunu bacardıq. Fikrimcə, oyunu sakitləşdirdik və istəyimizə nail olduq.
- Komanda uğurlu bir xəttə yaxalayıb?
- Yaxşı dinamikamız var. Bunu qoruyub saxlamaq lazımdır. Eyni səviyyədə davam etsək, hədəfimizə irəliləyəcəyik.
- Artıq avrokuboklara getmək istəyi yaranıb?
- Məqsəd oyun-oyun irəliləməkdir. Son 10 oyunda biz harda olduğumuzu gördük və Avropaya getmək üçün imkanlarımızın yarandığını anlayırıq. Çalışırıq ki, çempionatın son mərhələsində seçim imkanlarımız qalsın.
- Murad Musayev Ramin Quliyevdən sonra qısa müddətdə nəyi dəyişdi ki, komanda qalibiyyətlər almağa başladı?
- Bütün məşqçilərin güclü tərəfləri var. Əvvəlki matçlarda bəxtimiz gətirmirdi. Səhvlərimiz çox idi. Amma indi komanda cəmləşib və səhvlərimizdən nəticə çıxarırıq. Bu həm də dinamika məsələsidir. İndi komanda daha çox özünə inanır və güvənir. Məşqçinin bizə öyrətdiyi əsas şey budur.
CAVAD
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq