Digər idman növləri
Konfrans liderlərinin qələbələri ilə əlamətdar gecə
Bu gecə MBA-da 8 oyun baş tutub. Pley-in zonasına düşmək uğrunda mübarizə aparan “Qolden Steyt Vorriors” doğma arenada “Nyu-York Niks”ə məğlub olub – 112:119. Zədədən dönən Körrinin aktivində 27 xal var.
Qərb konfransının digər üzvü “Sakramento Kinqs” isə gecəni qələbə ilə tamamlayıb. Memfisdən olan komanda ilə görüşün taleyi overtaymda həll edilib – 121:111. Domantas Sabonis bu dəfə dabl-dablla kifayətlənməli olub. Litvalı basketbolçunun aktivində 25 xal və 18 ribaund var.
Konfrans lideri “Minnesota Timbervulvs” çətinliklə də olsa (114:104), Yutada qalib gəlib. Qonaqlar yalnız son periodda geri dönüş etməyi bacarıblar.
Oyun ərzində böyük üstünlüyə malik olmasına baxmayaraq, “Çikaqo Buls” həyəcanlı şəkildə qələbə qazana bilib. “Portlend Treyl Bleyzers”in matçı xilas etməsi üçün 3 xal çatmayıb – 110:107.
Daha bir gərgin oyun Filadelfiyada baş tutub. “Siksers” “Mayami Hits”i 98:91 hesabı ilə məğlubiyyətə uğradıb.
Şərq konfransının liderlərindən biri “Klivlend Kavalers” çətin İndiana səfərindən qələbə ilə dönüb – 108:103. Liqada birinci yerdə olan “Boston Seltiks” isə sonuncu pillənin sahibi “Detroyt Pistons”a rahatlıqla (119:94) qalib gəlib. Ən məhsuldar basketbolçu 31 xal toplayan Braun olub. Los-Ancelesdə isə “Leykers” “Atlanta Houks”a şans verməyib – 136:105. Lebron Ceyms oyunu 25 xal, 7 ribaund və 10 asistlə tamamlayıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı