Dünya futbolu
Konfrans Liqasında qrup mərhələsinə yekun vuruldu
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” H qrupundakı son matçında İsveçrədə “Bazel”in qonağı olub və məğlubiyyətə üzülüb. Qrupun digər matçında “Omoniya” “Kayrat”ı qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.
Turnirin əsas favoritlərindən sayılan “Roma” Bolqarıstanda ÇSKA ilə üz-üzə gəlib və qələbə sayəsində qrup mərhələsini ilk pillədə bitirib. Digər favorit “Tottenhem” isə düşərgədəki koronavirusa kütləvi yoluxma səbəbindən “Renn”lə matçdan imtina edib.
Avropa Konfrans Liqası
Qrup mərhələsi, 6-cı tur
9 dekabr
A qrupu
Alaşkert (Ermənistan) – Makkabi (Təl-Əviv, İsrail) 1:1
Qol: Bolyeviç, 78 – Almoq, 90.
LASK (Avstriya) – HJK (Finlandiya) 3:0
Qol: Baliç, 41. Nakamura, 63. Qruber, 81.
Xal durumu: LASK – 16, Makkabi – 11, HJK – 6, Alaşkert – 1.
B qrupu
Gent (Belçika) – Flora (Estoniya) 1:0
Qol: Bruno, 51.
Partizan (Serbiya) – Anortosis (Kipr) 1:1
Qol: Milovanoviç, 20 – Kristodulopulos, 33-pen.
Xal durumu: Gent – 13, Partizan – 8, Anortosis – 6, Flora – 5.
C qrupu
ÇSKA (Sofiya, Bolqarıstan) – Roma (İtaliya) 2:3
Qol: Çatakoviç, 75. Vildşut, 90+3 – Abraham, 15; 53. Mayoral, 34.
Zarya (Ukrayna) – Bodo Qlimt (Norveç) 1:1
Qol: Nazarina, 18 – Vernidub, 68-öz qapısına.
Xal durumu: Roma – 13, Bodo Qlimt – 12, Zarya – 7, ÇSKA – 1.
D qrupu
ÇFR (Kluj, Rumıniya) – Yablonets (Çexiya) 2:0
Qol: Debeljuh, 45; 82.
Alkmaar (Niderland) – Randers (Danimarka) 1:0
Qol: Ostinq, 87.
Xal durumu: Alkmaar – 14, Randers – 7, Yablonets – 6, ÇFR – 4.
E qrupu
Feyenoord (Niderland) – Makkabi (Hayfa, İsrail) 2:1
Qol: Dessers, 38. Nelson, 65 – David, 90+1.
Union Berlin (Almaniya) – Slaviya (Praqa, Çexiya) 1:1
Qol: Kruse, 64 – Şçrans, 50.
Xal durumu: Feyenoord – 14, Slaviya – 8, Union Berlin – 7, Makkabi – 4.
F qrupu
Kopenhagen (Danimarka) – Slovan (Slovakiya) 2:0
Qol: Vind, 30. Hoylund, 53.
PAOK (Yunanıstan) – Linkoln (Cəbəllütariq) 2:0
Qol: Jivkoviç, 17. Şvab, 55.
Xal durumu: Kopenhagen – 15, PAOK – 11, Slovan – 8, Linkoln – 0.
G qrupu
Tottenhem (İngiltərə) – Renn (Fransa) matçı baş tutmayıb
Vitess (Niderland) – Mura (Sloveniya) 3:1
Qol: Buytnik, 4. Openda, 35. Huysman, 40 – Marosa, 82.
Xal durumu: Renn – 11, Vitess – 10, Tottenhem – 7, Mura – 3.
H qrupu
Bazel (İsveçrə) – Qarabağ (Azərbaycan) 3:0
Qol: A.Kabral, 33; 74. P.Kasami, 62.
Omoniya (Kipr) – Kayrat (Qazaxıstan) 0:0
Xal durumu: Bazel – 14, Qarabağ – 11, Omoniya – 4, Kayrat – 2.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib