Dünya futbolu
Konoplyanka Azərbaycanda oynaya bilər
Ukrayna millisinin sabiq futbolçusu Yevgeni Konoplyanka karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Premyer Liqadan təklif alıb.
Son olaraq ÇFR-də çıxış edən Konoplyanka iki gün əvvəl Rumıniya klubu ilə yollarını ayırıb. Hazırda azad agent statusu daşıyan tanınmış futbolçunun Azərbaycanla yanaşı, Qazaxıstan, Çin və İndoneziya klublarının da maraq dairəsində olduğu bildirilir. Konoplyananın ölkəsində çıxış etmək ehtimalı da var.
Qeyd edək ki, Yevgeni Konoplyanka karyerası ərzində “Sevilya” və “Şalke” kimi klubların da formasını geyinib.