Dünya futbolu
Konte qayıdır, Loris sıradan çıxdı
Antonio Konte tezliklə İngiltərəyə qayıdacaq. “Tottenhem”in baş məşqçisi sağalmaq üzrədir.
Futbolinfo.az xəbər verir ki, bir neçə gün öncə əməliyyat olunan və bu üzdən komandadan ayrı düşən mütəxəssis xəstəxanadan çıxıb. Həkimlər öd kisəsi götürülən italiyalının özünə çox əziyyət vermədən işləyə biləcəyini söyləyib.
“Tottenhem”in “Mançester Siti”ni Londonda 1:0 hesabıyla məğlub etdiyi matçda komandanın başında olmayan Kontenin “Lester” səfərində iş başında olacağı deyilir. O, ehtiyat oyunçular skamyasında olmasa da, kənardan komandanı idarə edə biləcək.
Bu arada “Tottenhem” əsas oyunçularından birini itirib. “Şəhərlilər”lə görüşdə dizindən xəsarət alan Uqo Loris təqribən iki ay londonluların qapısını qoruya bilməyəcək.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı