Ölkə futbolu
“Krasnodar” “Qarabağ”ın daha bir oyunçusunu istəyir
Bir müddət öncə Kadi Borgesi heyətinə qatan Rusiyanın “Krasnodar” klubu “Qarabağ”ın daha bir legionerinə göz dikib. Premyer Liqa təmsilçisi Ağdam təmsilçisinin digər yarımmüdafiəçisi Leandro Andradeni də transfer etmək istəyir.
Bu barədə “Sport-Ekspress” nəşri məlumat yayıb. Tərəflər arasındakı danışıqların davam etdiyi bildirilir.
Xatırladaq ki, Leandro Andrade 2022-ci ilin yanvarından “Qarabağ”da çıxış edir. Kabo-Verde yığmasının üzvü Ağdam təmsilçisində 30 oyuna çıxıb, 5 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”