Dünya futbolu
Kroos gələcəyi ilə bağlı qərar verməyib
Toni Kroos gələcəyi ilə bağlı qəti qərar verməyib. Almaniya millisinin üzvü “Real”da qalıb-qalmayacağını dəqiqləşdirməyib.
Futbolinfo.az xəbər verir ki, təcrübəli dayaq yarımmüdafiəçisi mövsüm başlayarkən karyerasını bitirməyə hazırlaşdığını bildirmişdi. O, bunu zirvədə olarkən, elə Madrid klubunda etməyi düşündüyünü, özünə klub axtarmadığını demişdi.
4 aydan sonra Kroosun “Real”la müqaviləsi başa çatır. Yeni anlaşma ilə bağlı heç bir danışıq aparmayan futbolçu bunları deyib: “Gələcəyimlə bağlı heç nə deyə bilmirəm. Çünki qərar verməmişəm. Yekun fikir üçün zamanımın az qaldıını da başa düşürəm”.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı