Dünya futbolu
Kulibali zaman istəyir
Xalidu Kulibali hazırkı durumuna förə narahat deyil. “Çelsi”də istədiyi yunu göstərə bilməyən seneqallı tezliklə əsas heyətin daimi üzvü olacağına və komandanın qara zolaqdan çıxacağına əmindir.
Ötən yay “Napoli”dən 38 milyon avroya transfer olunan müdafiəçi özünü sübut etmək üçün zamanının olduğunu deyir: “Daha 3 illik müqaviləm var və sakitəm. Hər kəsə kim olduğumu göstərmək üçün zamanım var”.
Futbolinfo.az “The Sun”a istinadla xəbər verir ki, futbolçu adaptasiya dövrünü adladacağına əmindir: “Çox çətin mövsüm deyil, uyğunlaşmaq üçün zamana ehtiyacım var. Gələrkən də bunu bilirdim. İngiltərəyə köçərkən bunun asan olmayacağını anlayırdım. Hər şey yoluna düşəcək”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə