Bizi izləyin

Müsahibə

Kuzmanoviç uğura ürəkdən inanır: “Külək və tıxaclar az olsaydı…”

blank
blank

“Araz-Naxçıvan” klubunun yarımmüdafiəçisi Miço Kuzmanoviçin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının ilk yarısındakı çıxışınız haqda hansı fikirdəsiniz? Qış fasiləsinə 6-cı pillədə yollanmaq ürəyinizcə oldu?

– Mövsümün ilk hissəsini yaxşı keçirdiyimizi düşünürəm. Sona doğru daha konsentrasiyalı davransaydıq və şansımız gətirsəydi, bəlkə də turnir cədvəlində daha yuxarı pillələrdə olardıq. Amma hazırkı nəticəyə görə peşman deyilik. Çünki çempionat davam edir və qarşıdakı turlarda daha yaxşısını edə bilərik.

– Əslində, heç kim “Araz-Naxçıvan”dan Premyer Liqaya yüksəldiyi ilk ildəcə bu cür oyun və nəticə gözləmirdi. Hamını müsbət mənada təəccübləndirdiniz. Bunu necə bacardınız?

– Razıyam, hər kəsi öz çıxışımızla təəccübləndirə bildik. Hətta mövsümöncəsi hazırlıq prosesini də keçməmişdik. Şəxsim fikrim belədir ki, zamanla daha yaxşı oynamağı bacaran komandamız var. “Araz-Naxçıvan”da zəngin təcrübəyə malik futbolçularla yanaşı, perspektiv vəd edən gənc oyunçular da çıxış edirlər. Xətlərarası əlaqə daha da inkişaf edəndən, meydanda bir-birimizi gözüyumulu başa düşəndən sonra istənilən rəqibə problem yarada bilərik.

– Azərbaycan çempionatı ilə bağlı nə deyə bilərsiniz? Çempionatın səviyyəsindən razısınız?

– Əlbəttə, razıyam. Azərbaycan Premyer Liqasının səviyyəli olduğunu düşünürəm. Burada çoxlu əcnəbi futbolçu oynayır və gəlməkdə də davam edirlər. Meydançalar əla vəziyyətdədir. Bunlar biz futbolçuların xoşuna gələn məqamlardır.

–  Qış fasiləsindən sonra çempionatda hansı yerlər uğrunda mübarizə aparacaqsınız?

– Cari mövsümü ilk “üçlük”də bitirə biləcəyimizə ürəkdən inanıram. Bu komandaya inamım böyükdür. Çünki “Araz-Naxçıvan”ın ön sıralarda qərarlaşmaq üçün oyun keyfiyyəti var.

– Baş məşqçiniz Azər Bağırov haqda da fikirlərinizi bilmək maraqlı olardı. Onun hansı xüsusiyyətini daha çox bəyənirsiniz?

– Baş məşqçimiz haqda müsbət fikirdəyəm. Çətin vəziyyətlərdə belə, özünü təmkinli və soyuqqanlı aparır. Bağırov həmişə futbolçularının yanındadır. Daha çox bu xüsusiyyəti məndə xoş təəssürat yaratdı. Böyük təcrübəsi olan insandır və bunu futbolçulara ötürə bilir.

– Çempionatın ikinci yarısında ilk oyununuzu “Qarabağ”a qarşı keçirəcəksiniz. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?

– Bizi çox maraqlı qarşılaşmanın gözlədiyini indidən əminliklə söyləyə bilərəm. Bunu əbəs yerə demirəm. “Qarabağ”ın turnir cədvəlində birinci olması hər şeyi izah edir. Rəqibin gücü hər kəsə bəllidir. Buna baxmayaraq, asanlıqla təslim olmayacağıq. Bu görüşdən xal və ya xallarla ayrılmaq üçün sona qədər mübarizə aparacağıq.

– Azərbaycan çempionatında uzun müddət oynamağı planlaşdırırsınız?

– Ölkənizdə futbol üçün tələb olunan şərtlərdən tutmuş yaşadığım şəhərədək hər şey məni qane edir. Azərbaycan çempionatının ildən-ilə daha da güclənəcəyi fikrindəyəm. Mümkün olacağı halda, burada uzun müddət futbol oynamaq istərdim.

– Bakını bəyəndiyinizi dediniz. Bəs ölkəmizdə ürəyinizcə olmayan məqamlar hansılardır?

– Bəli, Bakını bəyənirəm. Külək və tıxaclar az olsaydı, daha yaxşı olardı (gülür). Azərbaycanlılar normal, yaxşı insanlardır. Nədənsə mənə elə gəlir ki, Bakıda həyat daha sürətlidir. İnsanlar gecə-gündüz hərəkətdədirlər, harayasa səfər edirlər, amma hamısı mehribandır. Ümumi götürsək, Azərbaycan haqqında fikirlərim müsbətdir.

AĞA

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-20 02:00

“Atletik”lə “Qranada”dan heç-heçə

blank
Dünya futbolu2024-04-20 01:44

“Yuventus” yenə xal itirdi

blank
Dünya futbolu2024-04-20 01:30

“Ayntraxt” inamlı qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-20 01:15

“Nitsa”dan darmadağın

blank
Dünya futbolu2024-04-20 01:00

Dubla imza atdı, həftənin ən yaxşı oyunçusu seçildi

blank
Dünya futbolu2024-04-20 00:29

Avroliqada həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-19 21:00

“Sumqayıt” avrokubok iddiasını davam etdirir

blank
Premyer-liqa2024-04-19 19:49

Tovuzda darmadağın – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:21

Ayxan Abbasov: “Günahkar axtarmıram” – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:09

Samir Abasov: “Bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil” – VİDEO

blank
Dünya futbolu2024-04-19 18:59

ÇL-də həftənin ən yaxşı oyunçusu

blank
Premyer-liqa2024-04-19 18:26

“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu

blank
Digər idman növləri2024-04-19 17:44

Yeddiqat dünya çempionu səfir təyin edildi

blank
Dünya futbolu2024-04-19 17:27

“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib

blank
Dünya futbolu2024-04-19 17:09

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

blank
Digər idman növləri2024-04-19 16:51

MBA-da mövsümün statistik göstəriciləri: kim nədə lider oldu?

blank
Digər idman növləri2024-04-19 16:20

Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər

blank
Ölkə futbolu2024-04-19 16:01

“Lerik” Əsasnaməni pozduğu üçün cərimə olundu

blank
I Liqa2024-04-19 15:47

“İrəvan” xərəkdaşıyanlara görə cəzalandı

blank
Dünya futbolu2024-04-19 15:31

Almanlar bunu 29 ildən sonra bacardılar

blank
Dünya futbolu2024-04-19 15:15

Olmo seçim qarşısında

blank
Dünya futbolu2024-04-19 15:00

“Barselona” “Nou Kamp”a nə vaxt qayıdacaq?

blank
Premyer-liqa2024-04-19 14:41

“Qarabağ”la “Qəbələ”nin 77-ci dueli

blank
Digər idman növləri2024-04-19 14:24

Azərbaycan çempionatında həlledici mərhələnin ilk oyunlarının təqvimi açıqlandı

blank
Digər idman növləri2024-04-19 14:10

Ataman üçün acı xəbər

blank
Digər idman növləri2024-04-19 13:52

Çində ən yaxşı nəticəni “Maklaren” sürücüsü göstərdi

blank
Ölkə futbolu2024-04-19 13:35

“Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil” – “Neftçi” rəsmisi

blank
Dünya futbolu2024-04-19 13:20

Naqelsmann yığmada qaldı – müqavilə müddəti uzadıldı

blank
Müsahibə2024-04-19 13:19

Sertan özündən narazıdır: “Daha yaxşısını edə biləcəyimi düşünürəm”

blank
Ölkə futbolu2024-04-19 13:01

“Qəbələ”də daha bir vida – legioner yola salındı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm