Dünya futbolu
La Liqa klubundan azarkeşlərinə jest
İspaniyanın “Leqanes” klubu koronavirus pandemiyasına görə yaranmış vəziyyətlə əlaqədarə azarkeşlərinə jest edib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi mövsümlük abunə kartına malik tərəfdarlarına gələn mövsüm üçün ev oyunlarına girişi pulsuz edəcəyini açıqlayıb.
Qeyd edək ki, mart ayında koronavirus pandemiyasına görə dayandırılan İspaniya La Liqasının 2019/20 mövsümünün iyundan bərpası gözlənilir. Lakin çempionat bərpa olunsa belə, oyunlara azarkeşlər buraxılmayacaq. Bu isə xüsusilə mövsümlük abunə kartı olan azarkeşlərin maddi baxımdan itki ilə üzləşməsi anlamına gəlir. Məhz bu üzdən “Leqanes” rəhbərliyi bu azarkeşlərin abunə kartlarının növbəti mövsüm üçün də keçərli olacağını bəyan edib.
“Leqanes” La Liqada 27 turdan sonra 23 xalla 19-cu pillədə qərarlaşıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”