Dünya futbolu
La Liqada 86 nəfər azad agent oldu
Yeni ildən La Liqada çıxış edən 86 futbolçu başqa komandalarla danışıq apara bilər. Belə ki, onların müqaviləsi bu ilin yayında başa çatır.
Onlar arasında ən çox futbolçu Bilbao “Atletik”inin üzvüdür. Bask klubunun 9 futbolçusunun sözləşməsi yayda sona çatır. Bunlar İker Muniain, Ander Errera, Raul Qarsiya, Quruzeta, Beringer, Berçiçe, De Markos, Noloskoain və Dani Qarsiyadır.
İkinci yerdə 8 nəfərlə “Vilyareal” komandasıdır. Pepe Reyna, Raul Albiol, Alberto Moreno, Adria Altimira, Koklen, Kapu, Parexo və Moralesin sözləşmələri yayda yekunlaşır.
Madrid “Atletiko”sunun heyətində 7 belə futbolçu var. Koke, Ermoso, Vitsel, Saviç, Aspilikueta, Qrbiç və Vitolo da yaydan etibarən azad agent olacaqlar.
Yayda müqaviləsi başa çatacaq futbolçusu olmayan yeganə komanda “Real Sosyedad”dır.