Dünya futbolu
La Liqaya iki vəsiqənin sahibi bəlli oldu
“Almeriya” və “Valyadolid” İspaniya La Liqasına vəsiqə qazanıblar.
Futbolinfo.az xəbər verir ki, Sequndada bu gün baş tutan mövsümün son turunda “Almeriya” “Leqanes”lə bərabərə qalıb – 2:2.
“Valyadolid” isə son oyunda “Hueska”nı məğlub edərək (3:0) mövsümü 2-ci pillədə başa vurub. Hər iki komanda mövsümü 81 xalla başa vurub. Lakin əlavə göstəricilərdə – şəxsi görüşlərin nəticələrində “Almeriya” “Valyadolid”dən üstün olduğu üçün çempion olub.
“Valyadolid” aşağı liqaya düşdükdən bir il sonra La Liqaya qayıdıb. “Almeriya” isə 2015-ci ildən bəri yüksək liqada oynamırdı.
“Eybar”, “Las Palmas”, “Tenerife” və “Jirona” pley-off mərhələsində La Liqaya sonuncu vəsiqə uğrunda oynayacaq.