Ölkə futbolu
Leandro Andradeyə qiymət qoyuldu
Azərbaycan Premyer Liqasının ən dəyərli futbolçuları bəlli olub.
Futbolinfo.az saytı xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) bununla bağlı araşdırma aparıb.
10 futbolçunun yer aldığı siyahıda “Qarabağ”ın üzvləri çoxluq təşkil edir. Elə ilk 4 sırada Ağdam klubunun oyunçuları qərarlaşıblar.
Premyer Liqamızın ən dəyərlisi son çempionun yarımmüdafiəçisi Leandro Andradedir. Onun transfer dəyəri 3,3 milyon avrodur. Andradeni müvafiq olaraq komanda yoldaşları Toral Bayramov, Juninyo və Elvin Cəfərquliyev izləyirlər.
1. Leandro Andrade (“Qarabağ”) – 3,3 milyon avro
2. Toral Bayramov (“Qarabağ”) – 2,4 milyon
3. Juninyo (“Qarabağ”) – 2,2 milyon
4. Elvin Cəfərquliyev (“Qarabağ”) – 1,8 milyon
5. Kahim Parris (“Sabah”) – 1,3 milyon
6. Suleyman Alluş (“Səbail”) – 1,2 milyon
7. Marko Yankoviç (“Qarabağ”) – 1 milyon
8. Ayxan Süleymanlı (“Sumqayıt”) – 900 min
9-10. Salifu Suma (“Zirə”) – 800 min
9-10. Julio Romao (“Qarabağ”) – 800 min
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı