Ölkə futbolu
“Legiya”lı futbolçulardan ağlayan Mahirə təskinlik – VİDEO
Polşa Super Kubokunda “Rakuv”la görüşdə penaltini dəqiq yerinə yetirə bilməyən Mahir Emreli göz yaşlarını saxlaya bilməyib.
Futbolinfo.az xəbər verir ki, penaltilər seriyası başa çatandan sonra komanda yoldaşları məyus halda yerdə oturan Emreliyə yaxınlşaraq ona təskinlik verərək dəstək olublar.
Xatırladaq kl, matçın 58-ci dəqiqəsində meydana daxil olan millimizin üzvü məğlub olmaq üzrə olan komandasının vacib qolunu vurub. O, 90+3-cü dəqiqədə hesabı bərabərləşdirib. Buna görə də oyun penaltilərə qədər uzanıb. Burada daha dəqiq olan “Rakuv” (4:3) Super Kubokun qalibi olub. “Legiya”dan penaltini dəqiqə yerinə yetirə bilməyənlərdən biri Mahir Emreli olub. Onun zərbəsi qapı dirəyinə dəyib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var