Dünya futbolu
Lempard üçün uğursuz il: “Heç kimə təşəkkür etməyəcəyəm”
2023-cü il Frenk Lempard üçün bərbad keçir. Yanvarda “Everton”un baş məşqçi postundan qovulan sabiq yarımmüdafiəçi, mövsümün sonuna kimi müvəqqəti təyin olunduğu “Çelsi”də də məyusluq yaşayır.
Futbolinfo.az xəbər verir ki, sözügedən iki komandanı bu il 8 matça çıxaran Lemparda onların hamısında məğlubiyyət görüb. Top fərqi də faciəvidir – 4:18.
Dünən “Real”a evdə 0:2 hesabıyla uduzan londonluları çalışdırıcısı deyib: “60 dəqiqə çox yaxşı oynadıq, şanslar yaratdıq. Ancaq onlardan istifadə etmək lazım idi. Məğlub olduğu matçdakı çıxışına görə komandanı tərifləmək istəmirəm, amma nəzərəçarpacaq dərəcədə irəlilədik. Oyunçular bugünkü hissləri xatırlamalıdırlar. “Çelsi” üçün oynayırsansa, hər oyunda gücünü ortaya qoymalısan. Mən heç kimə təşəkkür etməyəcəyəm, özümüzü sübut etməliyik. Bayrağı endirmək olmaz. Matçdan sonra şikayət etməyə nifrət edirəm, amma Militao ikinci sarı vərəqəni almalı idi. Əslində, nə düşündüyümü demək istəmirəm… Belə anlarda adətən sarı vərəqə göstərirlər”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”