Digər idman növləri
Liderlərdən növbəti qələbə
Qadın həndbolçulardan ibarət komandalar arasında Azərbaycan çempionatının 9-cu turunda liderlər qrupunda qərarlaşan klublar növbəti qələbələrini qazanıblar.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ” “İdman Akademiyası”nı (40:17), “Azəryol” isə “Bakı”nı (44:10) asanlıqla məğlubiyyətə uğradıblar.
Bu nəticələrdən sonra xallarının sayını 16-ya çatdıran “Qarabağ” liderliyini davam etdirib. Onun ən yaxın izləyicisi olan “Azəryol” isə xal ehtiyatını 15-ə çatdırıb.
Qadınların çempionatında turun son görüşü fevralın 4-də baş tutacaq. Həmin gün “Kür” “Gənclər Birliyi” ilə qarşılaşacaq.
Qeyd edək ki, kişilər arasında ölkə çempionatının 9-cu turunun oyunları fevralın 3-4-də reallaşacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd