Bizi izləyin

Layihə

Limitin ölkə xaricinə çıxardığı futbolçularımız

blank
blank

Bir neçə gün əvvəl ölkəmizin ən güclü futbolçularından biri sayılan Ramil Şeydayev Türkiyənin 1-ci Liqasında çıxış edən “Kocaelispor” komandası ilə müqavilə imzaladı. Ötən yay “Qarabağ”dan Taylanda gedən forvardın şərq səyahəti uzun sürmədi.

Bunun səbəblərini axtarmağa ehtiyac yoxdur. Bir futbolçu kimi ən yaxşı vaxtda karyeranı Taylandda davam etdirmək, ambisiyaları bir kənara qoyub pul qazanmaqdan başqa bir şey deyil. Yaxşı ki, Ramilin Asiya macərası çox çəkmədi. Doğrudur, bundan sonra çıxış edəcəyi klubla da öyünməli deyilik. Amma nə qədər olursa-olsun, Tayland çempionatı ilə Türkiyənin 1-ci Liqası müqayisəyə gəlmir. Üstəlik, “Kocaelispor”un hazırda turnir cədvəlində 3-cü pillədə qərarlaşması, həm komandanın, həm də Ramilin iddialarının yerində olmasından xəbər verir.

Xatırladaq ki, bu mövsüm 1-ci Liqadan superliqaya 3 komanda yüksələcək. İlk 2 yeri tutan komandalar birbaşa vəsiqə əldə edəcəklər. Hazırda lider böyük fərqlə “Eyupspor”dur. İkinci sırada olan “Göztəpə” Ramilin yeni komandasını 2 xal qabaqlayır. 3-cü yeri tutan komanda isə 4, 5, 6 və 7-ci yerlərin pley-off oyunlarının qalibi ilə üz-üzə gələcək. Yəni, Ramilin gələn mövsüm Superliqada çıxış etməsi üçün gözəl şans var. Bu şansdan möhkəm yapışmaq və istifadə etmək lazımdır.

Ramilin keçidi bir suala cavab axtarmağa maraq yaratdı. Son vaxtlar ölkəmizdən bir neçə futbolçu xaricə yollanıb. Bunun səbəblərini araşdırmaq, məsələnin nədən qaynaqlandığını öyrənməyə gətirib çıxaracaq. Məlum olduğu kimi, ölkəmizdə legioner limiti bir qədər yumşaldılıb. Artıq komanda 6 deyil, 7 legioneri meydana buraxa bilər. Bu isə avtomatik olaraq bizim futbolçuların 1 iş yer itirməsi deməkdir. Yəni, buvaxta qədər əgər hər komandada ən azı 5 futbolçu meydana çıxmalı idisə , indi 4 futbolçu oynayır. Bunu da 10 komadaya vurduqda 10 yer itkisi olur. Yəni, bu mövsüm azərbaycanlı futbolçular 10 iş yerini itiriblər.

Əslində, bunu iş yeri adlandırmaq da olmaz. Əsas heyətə düşməsinə üzülməyib ehtiyatda vaxt keçirməklə pul qazanmaqdan həzz alan onlarla futbolçumuz var. Amma burada söhbət əsl, iddialı futbolçudan gedir.

Məsələ ilə daha yaxından tanış olmaq üçün digər ölkələrdəki vəziyyəti bilmək lazımdır. Bu gün dünya liqalarının 75%-də legioner limiti mövcuddur. Lakin bu yasaq və qadağalar hər bir ölkədə müxtəlif cürdür. Əvvəla, onu qeyd etmək lazımdır ki, FİFA 2008-ci ildə bütün dünya üzrə limit qaydasını tətbiq etmək istəyirdi. Beynəlxalq futbol qurumunun başbilənləri 6 yerli + 5 əcnəbi prinsipini yeritməyə çalışırdı. Lakin Avropanın nəhəng klubları buna qarşı çıxaraq qanunun qüvvəyə minməsinə əngəl oldu.

Məsələnin bir qədər də aydın olması üçün bəzi ölkələrdəki sistemlərə nəzər yetirək. İngiltərə Premyer Liqası dünyan ən güclü çempionatlarından biridir. Burada iştirak ərizəsində olan 25 futbolçudan 8-i öz yetirmələri olmalıdır. Digərlərinin işçi vizası alması isə səviyyədən asılıdır. Dünya reytinqinin ilk 10 sırasında qərarlaşan milli komandaların üzvləri yığma oyunlarının ən azı 30%-də iştirak etməlidirlər. 30-cu pillədən aşağıda olan ölkələrin üzvləri üçün isə bu rəqəm 75%-ə bərabərdir. Bu kriteriyalara cavab verməyənlər üçün icazənin alınması xüsusi məşvərət şurasının qərarından asılı olur.

Niderlandda sistem çox maraqlıdır. Burada legioner limiti yoxdur. Lakin əcnəbi futbolçunun məvacibi yerli oyunçuların orta qazancını ən azı 1,5 dəfə üstələməlidir. Bu da avtomatik olaraq zəif legionerin gəlişinin qarşısını alır.

Almaniyada 2006-cı ildə limit ləğv edilib. Ancaq iştirak ərizəsində ən azı 8 yetirmə olmalıdır. Bundan başqa,  heyətin 12 üzvünün Almaniya pasportu olması vacibdir.

Rusiyadakı limitin formatı son illərdə dəyişidirilib. Əvvəllər meydana çıxan futbolçulara qadağa var idi. Amma indi iştirak ərizəsində 8 legionerdən çox ola bilməz. Amma onların hamısı meydana eyni anda çıxa bilər.

Qazaxıstan bir neçə gün əvvəl legioner limitini tamamilə ləğv etdi. Türkiyədə isə vəziyyət Rusiyadakı kimidir. Legioner bolluğunun qarşısını almaq üçün ölkə federasiyası 2009-cu ildə limit tətbiq etdi. Bundan sonra başqa problem ortaya çıxdı – Avropada yetişən türk futbolçuların axını başladı. Nəticədə yüksək səviyyəli futbolçularla yanaşı zəiflərin gəlməsi səviyyənin aşağı düşməsinə gətirib çıxardı. Bu da türk futbolçuların məvaciblərinin süni şəkildə artması demək idi. 2015-ci ildə verilə yeni qərara əsasən limit demək olar ki, ləğv edildi. Yalnız iştirak ərizəsinə salınan futbolçulara hədd qoyuldu. Bu da milli komandanın nəticələrinin aşağı düşməsinin qarşısını almadı. Buna görə də 2020-ci ildən başlayaraq yenidən sistemdə dəyişikliklərə əl atıldı.

Yeni qərarlardan biri də türkdilli ölkələrə aid idi. Bu ökənin bir futbolçusu legioner sayılmaqdan qurtuldu. Bu da sözsüz ki, bizim ölkə üçün ən vacib məqamlardan biri oldu.

Hazırda türkiyənin 1-ci Liqasında 5 futbolçumuz çıxış edir. Ramil Şeydayevin “Kocaelispor”unun, Vüsal İsgəndərlinin “Boluspor”unun, Bəxtiyar Həsənilazədənin “Tuzlaspor”unun, Sertan Taşkının “Manisaspor”unun və Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyespor”un oyunları azərbaycanlı azarkeşlər üçün maraq doğurmalıdır. Diqqətlə Türkiyənin 1-ci Liqasına nəzər yetirdikdə isə daha bir neçə Azərbaycan vətəndaşlığına malik futbolçunu görürük. Onların azarkeşlər tərəfindən tanınması inandırıcı deyil. Buna baxmayaraq, məlumat üçün bildirək ki, Taşkın İlter “Eyupspor”da, Murat Akpinar “Sakaryaspor”da , Mert Çelik “Bandırmaspor”da, Ufuk Budak isə “Erzurumspor”da Azərbaycan pasportu ilə oynayır.

Son həftənin daha bir maraqlı xəbəri Rahil Məmmədovun Polşa çempionatına keçidir. “Qarabağ”ın və milli komandamızın müdafiəçisi karyerasını Lodz şəhərinin LKS komandasında davam etdirəcək. Autsayder komandaya yollanmasına baxmayaraq , futbolçunun rahat şəraitdən çıxıb futbol oynamağı seçməsi təqdirəlayiq haldır. Sevindirici vəziyyət odur ki, son vaxtlar belə hadisələrin sayı artıb. Artıq klublarımız da, yerli futbolçulara layiq olduğundan artıq məvacib vermirlər. Bu da futbolçularımızın silkələnməsinə səbəb olur.

Dərindən baxdıqda , bazar iqtisadiyyatına uyğun olmayan məvacib şişmələrinin səbəbi legioner limitidir. Ümumiyyətlə, heç bir qadağa və süni qanunlarla səviyyəni artırmaq mümkün deyil. Necə ki, həqiqi bazar iqtisadiyyatı olmayan yerlərdə istehsal olmur, futbolda da qadağalar inkişafın qarşısını alır. İqtisadiyyatda dəyəri tələb-təklif etdiyi kimi futbolda da futbolçunun dəyərini bacarığı göstərməlidir. Əks halda, milyonlarla pul ehtiyat oyunçular skamyasında oturub özünü günə verən futbolçulara və onların agentlərinin ciblərinə gedəcək.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-19 02:09

KL: “Fənərbaxça” mübarizəni dayandırdı

blank
Dünya futbolu2024-04-19 01:55

Avroliqada yarımfinalçılar bəlli oldu

blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 21:15

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-18 21:00

Azərbaycan çempionatında növbəti finalçı bəlli oldu

blank
Digər idman növləri2024-04-18 20:01

Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

blank
Dünya futbolu2024-04-18 19:43

Dibala da “Barselona”nın hədəfindədir

blank
Dünya futbolu2024-04-18 19:24

“Atletiko” 4 vidaya hazırlaşır

blank
Digər idman növləri2024-04-18 19:05

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

blank
Ölkə futbolu2024-04-18 18:50

“Qusar”dan darmadağın

blank
I Liqa2024-04-18 18:33

Liderdən növbəti qələbə

blank
Milli komanda2024-04-18 18:16

Millimizin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2024-04-18 18:00

Azərbaycan şahmatçıları AÇ-də iştirak edəcəklər

blank
Dünya futbolu2024-04-18 17:45

“Roma” baş məşqçi ilə bağlı qərar verdi – RƏSMİ

blank
Digər idman növləri2024-04-18 17:31

Tanınmış şahmatçının qızı Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-04-18 17:17

İngiltərə kubokunun qaydaları dəyişdi

blank
Digər idman növləri2024-04-18 17:00

Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi

blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Digər idman növləri2024-04-18 15:52

Ferstappen planetin 100 ən güclü insanı arasında

blank
Digər idman növləri2024-04-18 15:35

MBA-da qaydalarda dəyişiklik edilir

blank
Digər idman növləri2024-04-18 15:18

“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”

blank
Ölkə futbolu2024-04-18 15:00

Qadın məşqçilərə diplomlar təqdim edildi

blank
Dünya futbolu2024-04-18 14:44

“Latsio” onunla müqaviləni yenilədi

blank
Digər idman növləri2024-04-18 14:31

Millimizin kapitanı Macarıstan çempionu oldu

blank
Digər idman növləri2024-04-18 14:18

Abasov bu gün hindistanlı şahmatçı ilə üz-üzə gələcək

blank
Müsahibə2024-04-18 14:04

Pusinin xarakter göstərmək zamanı: “Tanrı mənə kömək etdi”

blank
Ölkə futbolu2024-04-18 13:47

İki futbolçuya 4 oyunluq cəza, iki komandaya texniki məğlubiyyət verildi

blank
Əvəzedicilər2024-04-18 13:30

“Kəpəz”in futbolçusuna 4 oyunluq cəza

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm