Dünya futbolu
Liqa 1 klubu Loran Blana tapşırıldı
Fransanın “Olimpik” (Lion) komandasının baş məşqçisi Peter Bos istefaya göndərilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.
Niderlanddan olan mütəxəssisin istefasına komandanın uğursuz nəticələri səbəb olub. Sözügedən kollektiv 14 xalla 9-cu pillədə qərarlaşıb. Bos 2021-ci ilin may ayından “Olimpik”ə rəhbərlik edirdi.
Lion klubu yeni baş məşqçisini də müəyyənləşdirib. Sözügedən komandanı bundan sonra Loran Blan çalışdıracaq. Fransadan olan 56 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayında bitəcək müqavilə imzalanıb.
Blan son olaraq Qətərin “Əl-Rayyan” klubunda baş məşqçi kimi çalışıb. 56 yaşlı mütəxəssis əvvəllər “Bordo” və PSJ-də, həmçinin Fransa yığmasında işləyib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib