Dünya futbolu
Liqa 1 klubundan baş məşqçi ilə yeni müqavilə
Fransanın “Lans” komandasının baş məşçqisi Frank Heyzlə yeni müqavilə imzalanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında müddəti 2027-ci ilin yayında başa çatacaq müqavilə imzalanıb.
Heyz 2020-ci ilin fevralından “Lans”a rəhbərlik edir. Fransadan olan 51 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 88 matça çıxarıb. Elita təmsilçisi bu görüşlərdə 40 qələbə qazanıb, 26 heç-heçə edib, 22 məğlubiyyətə üzülüb.
“Lans” bu mövsüm Liqa 1-də 10 oyuna 21 xal toplayıb və 20 iştirakçı arasında 4-cü sırada qərarlaşıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq