Dünya futbolu
“Liverpul” Azərbaycana gəlmək istəmir
“Liverpul” İngiltərə Premyer Liqasında mövsümün sonuna doğru Çempionlar Liqasına (ÇL) vəsiqə verən zonadan xeyli uzaq düşüb. “Qırmızılar” nəinki Çempionlar Liqasından, hətta avrokuboklardan kənarda qala bilər.
Futbolinfo.az saytı xəbər verir ki, Yurgen Kloppun yetirmələri 29 matçda topladığı 44 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Mersisaydlılar” artıq ÇL-ə vəsiqə qazana bilməyəcəyi ilə barışıb. Rəhbərlik komandanın heç olmasa, Avropa Liqasında çıxış etməsini istəyir.
Britaniya mətbuatında bu barədə yazılan məqalədə “Liverpul”un Konfrans Liqasına düşməsi ehtimalı faciə kimi qiymətləndirilib. Xüsusən də kiçik futbol ölkələrinin təmsilçiləri ilə qarşılaşmaq variantı və təqvim ingilisləri bu baxımdan narahat edir: “Komanda Çempionlar Liqasından kənarda qalsa, ən azı Avropa Liqasına düşməyə çalışmalıdır. Prestij baxımından bu turnir nisbətən vəziyyəti tənzimləyə bilər. Konfrans Liqasına düşmək isə xeyirdən çox ziyan vurar. Azərbaycan və Moldova kimi uzaq ölkələrə səfər etmək böyük klublara əziyyət olar. Həmçinin oyunların həftənin dördüncü günləri olması da Premyer Liqa təqvimində “Liverpul”un xeyrinə olmaz. Bir sözlə, Konfrans Liqası “qırmızılar” üçün vaxt itkisindən baş bir şey deyil”.
Qeyd edək ki, növbəti mövsüm İngiltərənin Konfrans Liqasındakı yeganə təmsilçisi mübarizəyə pley-off mərhələsindən başlayacaq.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…