Dünya futbolu
“Liverpul” “Modriç”i transfer etmək istəyir
“Liverpul” yeni Luka Modriç tapıb. Oyun tərzinə görə məşhur xorvata bənzəyən Luka Suçiç tezliklə İngiltərədə peyda ola bilər.
Futbolinfo.az xəbər verir ki, 20 yaşlı xavbek Avstriya Bundesliqasında çıxış edir. “Zalsburq” 20 yaşlı oyunçusunu daha baha qiymətləndirsə də, müqaviləsindəki sərbəstqalma dəyəri 18 milyon funt-sterlinqdir. Daha öncə “Nyukasl”ın da diqqətini çəkən oyunçu indi mersisaydlıların gündəminə düşüb.
“Liverpul”un bu keçidi reallaşdırmaqda digər üstünlüyü var. İngiltərə təmsilçisinin sabi üzvü İqor Bişçan Siçiçin də oynadığı Xorvatiya U-21-i çalışdırır. İngilislər 5 il heyətlərində olan məşqçinin Lukanı məhz bu kluba keçməyin vacibliyinə inandırmağa yardımçı olacağına ümid edir.
3 il öncə “Lieferinq”dən “Zalsburq”a gələn yarımmüdafiəçinin bu klubla iki illik müqaviləsi qalır. “Liverpul” onu indidən almaq, hazırkı klubuna bir illik icarəyə verməkfikrindədir.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu