Dünya futbolu
“Liverpul” üçün 4 namizəd
Dayaq yarımmüdafiəçisi axtarışında olan “Liverpul” namizədlərini müəyyənləşdirib. Mersisaydlılar maraqlandığı 4 futbolçudan azı birini transfer etmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, “qırmızılar” əsasən Deklan Rays, Moyzes Kaysedo və Paulinya arasında seçim edir. İlk iki oyunçunun qiyməti 75 milyon funt-sterlinqdir, Paulinyanı isə 40 milyona almaq mümkündür. Baş məşqçi Yürgen Klopp keyfiyyətə üstünlük vermək niyyətindədir, bu səbəbdən Raysla Kaysedo variantlarında israr edir.
“Liverpul”un başqa bir seçim imkanı da var. Belə ki, Orelyen Çuameni “Real”dakı durumundan narazıdır və yayda Madriddən ayrılmaq istəyir. İngiltərə nəhəngi bu fürsəti dəyərləndirmək, Fransa millisinin üzvünü transfer etməyə çalışacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var