Dünya futbolu
“Liverpul” yarımfinala vəsiqəni penaltilərlə qazandı
Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Səfərdə “Brentford”la qarşılaşan “Çelsi” inamlı qələbəylə mərhələ adlayıb. Londonun digər təmsilçisi “Tottenhem” isə “Vest Hem”i mübarizədən kənarlaşdırıb. “Liverpul” – “Lester Siti” görüşü daha maraqlı alınıb. Qarşılaşmanın əsas vaxtında 6 qol vurulsa da, qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Liverpul” yarımfinala vəsiqə əldə edib.
İngiltərə Liqa Kuboku
1/4 final
21 dekabr
Arsenal – Sanderlend 5:1
Qol: Nketia, 17; 49; 58. Pepe, 27. Patino, 90+1 – Broadhed, 31.
22 dekabr
Brentford – Çelsi 0:2
Qol: Yansson, 80-öz qapısına. Jorjinyo, 85-pen.
Liverpul – Lester Siti 3:3 (penaltilər 5:4)
Qol: Oksleyd-Çemberleyn, 19. Jota, 68. Minamino, 90+5 – Vardi, 9; 13. Meddison, 33.
Tottenhem – Vest Hem 2:1
Qol: Berqveyn, 29. Moura, 34 – Bouen, 32.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”