Dünya futbolu
“Liverpul”u kubok matçına Klopp çıxarmayacaq
“Liverpul” İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsinin təkrar oyunları çərçivəsində “Şrusberi Taun”la qarşılaşacaq.
Futbolinfo.az xəbər verir ki, komandalar arasındakı ilk oyun 2:2 hesablı heç-heçəylə bitdiyi üçün təkrar görüş keçiriləcək. “Liverpul”un baş məşqçisi Yurgen Klopp “Şrusberi Taun”la matçda iştirak etməyəcək. Bu barədə “goal.com” saytı məlumat yayıb.
“Liverpul”un əsasən gənclərdən ibarət bir heyətlə çıxacağı matçda komandaya U-23-ün məşqçisi Nil Kritçli rəhbərlik edəcək. Kloppun “Şrusberi Taun”la matçı “notbuk”dan izləyəcəyi bildirilir.
Bu gün keçiriləcək “Liverpul” – “Şrusberi Taun” matçı saat 23:45-də start götürəcək.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”