Dünya futbolu
“Liverpul”un qapıçısının atası göldə boğuldu
Futbol üzrə Braziliya yığmasının və İngiltərənin “Liverpul” klubunun qapıçısı Alisson Bekkerin atası Joze Bekker dünyasını dəyişib.
Futbolinfo.az xəbər verir ki, o, Braziliyadakı evinin yaxınlığında yerləşən göldə boğulub.
Hadisə Rio-Qrandi-do-Sul şəhərindəki Lavras do Sul qəsəbəsində qeydə alınıb. 57 yaşlı Bekker göldə üzərkən boğulub. Əvvəlcə itkin düşdüyü elan olunan Jozenin cəsədi gecə tapılıb.
Qeyd edək ki, 2018-ci ildən “Liverpul”da çıxış edən Alisson Beker Braziliya yığmasında da forma geyinir.