Digər idman növləri
Los-Anceles derbisini “Leykers” qazandı
Müntəzəm çempionat çərçivəsində MBA klubları 9 görüş keçirib. Onlar arasında “Denver Naggets”in “Detroyt Pistons” üzərində qələbəsini qeyd etmək olar.
İlk növbədə meydan sahiblərinin müdafiəçisi Camal Mürreyin məhsudarlığı ön plana çıxıb. Kanadalı basketbolçu görüşdə 37 xal toplayıb. Onun ulduz komanda yoldaşı Nikola Yokiçin aktivində isə cəmi 4 xal var. 25 dəqiqə meydançada olan serb basketbolçu 16 məhsuldar ötürmə, 7 ribaund və 5 blok-şotla oynayıb. Bununla da, o, ən azı 5 ribaund və blok, 15 asist etməklə yanaşı 5-dən az xal toplayan ilk basketbolçu kimi liqanın tarixinə düşüb.
“Dallas Maveriks” evdə konfrans lideri “Minnesota Timbervulvs”u məğlubiyyətə uğradıb. İrvinq 35, Donçiç isə 34 xal toplayıb. Qonaqların heyətində Edvards 36 xal yığıb. Digər oyunlar arasında Los-Anceles derbisini qeyd etmək lazımdır. Daha aşağı pillədə olan “Leykers” rəqibindən üstün olub.
“Qolden Steyt Vorriors” növbəti məğlubiyyəti ilə üzləşib. Komanda artıq pley-in zonasından da kənardadır. Onlar evdə “Toronto Reptors”a 118:133 hesabı ilə məğlub olublar.