Digər idman növləri
Los-Anceles komandalarının qələbəsi ilə yadda qalan gecə
MBA-da bu gecə 6 oyun keçirilib. Qərb konfransında pley-off zonasına düşmək üçün gərgin mübarizə aparan “Los-Anceles Leykers” Şarlot səfərində qələbə qazanıb – 124:118.
Meydan sahiblərinin heyətində Brices 41 xal toplayıb. “Leykers”in ulduzu Lebron Ceymsin aktivində isə 26 xal və 7 asist var. Onun komanda yoldaşı Rassel 28 xal toplayıb. Kaliforniya təmsilçisinin mərkəz basketbolçusu Entoni Edvards görüşdə tripl-dabl edib.
Los-Ancelesin digər komandası da evə qələbəylə dönür. “Klippers” Atlantada 149:144 hesabıyla üstün olub. Qonaqların heyətində Lenard 36, Harden isə 30 xal toplayıb.
Zədələnən Coel Embiidin yoxluğunda “Filadelfiya Siksers”in uğursuzluğu davam edir. Bu dəfə onlar “Dallas Maveriks”ə məğlub olublar – 102:118. Sloveniyalı basketbolçu Luka Donçiç oyunda elə də məhsuldar olmayıb. O, cəmi 19 xal toplayıb. Komanda yoldaşı Kayl İrvinq isə oyunu 23 xalla tamamlayıb.
“Klivlend Kavalers” bu dəfə Sakramentonun komandasını əliboş yola salıb – 136:110. Qonaq komandanın litvalı basketbolçusu Domantas Sabonis növbəti tripl-dablını gerçəkləşdirib. Onun aktivində 12 xal, 19 ribaund və 15 asist var.
Pley-inə düşmək uğrunda mübarizə aparan “Qolden Seyt Vorriors” “Bruklin Nets”i səfərdə 109:98 hesabı ilə məğlubiyyətə uğradıb. Körri görüşdə 29 xal toplayıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var