AÇ-2024
Löv Portuqaliya üzərində qələbədən danışdı
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda Portuqaliyanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, Löv, 4:2 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“Ötən gün bir neçə məqamdan danışdıq. Fransa yığması ilə oyundan sonra nələri düzəltməli olduğumuzu bilirdik. Portuqaliyaya qarşı yaxşı mübarizə apararaq qələbə qazandıq. Həqiqətən, güclü rəqibə qarşı çox yaxşı hücumlarımız oldu”.