Dünya futbolu
Luis Alberto Sevilyaya qayıdır – 9 ildən sonra
“Sevilya” İskoya əvəzləyici tapıb. İspaniya təmsilçisi tezliklə heyətinə yeni yarımmüdafiəçi qatacaq.
Futbolinfo.az xəbər verir ki, Əndəlüs klubu bu gün İsko ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdi. Rəhbərliklə fikir ayrılığı yekunda ayrılığa səbəb oldu. “Real”dan azad agent kimi ayrılan futbolçu yayda gəldiyi komandadan eyni qaydada ayrıldı.
İskonun hara gedəcəyi bilinməsə də, onu əvəzləyəcək oyunçu bəllidir. “Sevilya” “Latsio”dan Luis Albertonu heyətinə qatmağa yaxındır. Roma təmsilçisi ilə 2025-ci ilin yayına kimi müqaviləsi olan 30 yaşlı ispanla razılıq əldə edilib. Klubların transfer qiymətində ortaq məxrəcə gələcəyi və oyunçunun 2013-cü ildə tərk etdiyi doğma klubuna dönəcəyi gözlənilir.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib