Dünya futbolu
Lukas üçün 5 milyonluq fərq
PSJ Lukas Ernandes transferini bitirmək üzrədir. Parislilər “Bayern”ə məxsus olan müdafiəçi ilə şəxsi müqavilənin detallarını razılaşdırıb.
Futbolinfo.az xəbər verir ki, münhenlilərin futbolçunu satmaqdan başqa çarəsi yoxdur. Düzdür, futbolçunun gələn yaya kimi müqaviləsi var. Amma Lukas anlaşmanın müddətini uzatmağ rədd edir, bu isə onun bir il sonra azad agentə çevriləcəyi, kluba pul qazandırmadan gedəcəyi deməkdir. Almaniya çempionu bu üzdən onu satmağa razıdır.
Hazırda danışıqlar davam edir. “Bayern” 40 milyon avro istəyir, PSJ isə yalnız 35 milyon avro ödəmək niyyətindədir. Fransa millisinin ispan üzvünün taleyi tezliklə müəyyənləşməlidir.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü